Blog Image
  • May 26, 2023, 7:34 p.m.

Periferik arteriyalardan trombektomiya üçün göstərişlər

PERİFERİK ARTERİYALARDAN TROMBEKTOMİYA ÜÇÜN GÖSTƏRİŞLƏR
PERİFERİK ARTERİYALARDAN TROMBEKTOMİYA.
Trombektomiya və ya tromboembolektomiya qan damarından böyük qan laxtasının (trombun) çıxarılması üçün olunan cərrahi əməliyyatdır. Periferik arteriyalarda olan tromb həmin ətrafın normal qan axınına və ətrafların qidalanmasına mane olur, həyat qabiliyyətinə ciddi təhlükə yaradır və qanqrena ilə nəticələnə bilər. Təhlükəni aradan qaldırmağın yeganə effektiv üsulu trombun arteriyadan cərrahi yolla çıxarılmasıdır.
Əməliyyat həm arteriyada kiçik kəsiklə açıq əməliyyat üsulu ilə, həm də kiçik dəlikdən girilərək endovaskulyar üsulla həyata keçirilə bilər.

PERİFERİK ARTERİYALARDAN TROMBEKTOMİYA ÜÇÜN GÖSTƏRİŞLƏR
Əməliyyat üçün birbaşa göstərişlər aşağıdakı şərtlərdir:
Aşağı ətrafın əsas arteriyasının trombla bağlanması, yəni normal qan axınına mane olan böyük qan laxtasının damarda əmələ gəlməsi və ya ürəkdə əmələ gəlib bu damara atması (tromboemboliya)
►    Hər bir klinik hal fərdi olaraq nəzərdən keçirilir, bütün hallar nəzərə alınır, əməliyyatla bağlı son qərarı həkim verir.
Bədxassəli şişlərin və sepsis əlamətlərinin olması bu əməliyyat üçün əks göstərişdir.

ƏMƏLİYYATA HAZIRLIQ
Xəstənin həyatı üçün təhlükəli vəziyyətlər zamanı təcili yardıma ehtiyac olduqda, xəstəyə minimum lazım olan hazırlıq prosesləri xəstəxanada həyata keçirilir.
Trombektomiyaya planlı hazırlıq zamanı xəstənin ürək-damar sisteminin və sağlamlığının ümumi vəziyyətinin tam diaqnostik müayinəsi aparılır. Buraya daxildir:
♦    EXOKQ - ürək fəaliyyətinin ultrasəs müayinəsi və onun boşluqlarında mümkün qan laxtalarının diaqnozu üsuludur.
♦     Kardioloqun ümumi rəyi ilə EKQ.
♦     Tənəffüs sisteminin vəziyyətini, ürəyin quruluşunu və ölçüsünü qiymətləndirmək üçün sinə rentgenoqrafiyası.
♦     Sidiyin ümumi analizi.
♦     Qanın ümumi analizi (onun biokimyəvi göstəriciləri, ümumi zülalın, elektrolitlərin, kreatinin və sidik cövhərinin miqdarının, infeksion agentlərin, rezus qrupunun, laxtalanma parametrlərinin) aşkar edilməsi üçün laboratoriya müayinələri.
♦     Endoskopiyanın köməyi ilə mədədə xoralarının olub-olmamağı barədə müayinə.
Qəbul etdiyiniz dərmanlar və mövcud xroniki xəstəliklər haqqında həkimə məlumat vermək vacibdir.
Çalışın xəstələnməyin!