Karotid endarterektomiya

Əməliyyat daxili yuxu arteriyasının normal funksionallığını (qanı beyinə çatdırmaq) bərpa etmək məqsədi daşıyır. Yuxu arteriyasında yağ, kalsium, xolesterin şəklində aterosklerotik təbəqələr əmələ gəlir. Onlar qan damarlarının mənfəzini daraltmaqla beyində qan dövranını pozur, bu da insultla nəticələnir. Karotid endarterektomiya əməliyyatı zamanı boyun nahiyəsində kiçik kəsiklə yuxu arteriyalarına giriş həyata keçirilir, sonra beyin qan dövranının kompensasiya dərəcəsi yoxlanılır, damar kəsilərək darlıq yaradan aterosklerotik plak (yığıntı) təmizlənir və damarın mənfəzi açılaraq  beynin qan təchizatı normallaşır.