Periferik arteriyaların anevrizmalarının ləğv edilməsi və protezləşdirilməsi

Periferik arteriyaların anevrizmaları arteriyanın diametrinin 2 və ya daha çox dəfə böyüməsi və ya müəyyən bir nahiyədə onun divarının qabarmasıdır. 
Anevrizmaların müalicəsi. Müalicə birbaşa onun ölçüsündən, yerləşdiyi sahədən, aşkar edildiyi kliniki vəziyyətdən asılıdır. Adətən ya arteriyanın protezləşməsi, ya da anevrizmanın xaric edilməsi ilə şuntlama əməliyyatı təyin olunur.
Arteriyanın protezləşdirilməsi anevrizmanın rezeksiyası (onun çıxarılması) üsulundan və bu nahiyənin sintetik protezlə əvəz edilməsindən ibarətdir. Şuntlama texnikası yeni bir damar yatağının yaradılmasıdır ki, qan axını anevrizmadan yan keçərək yerləşdiyi yerin altındakı damar yatağına daxil olur. Bu vəziyyətdə dəyişdirilmiş damar qan dövranından tamamilə kəsilir. Şunt qismində xüsusi sintetik damar protezləri və ya öz dərialtı venaları istifadə  oluna bilər.