Blog Image
  • İyul 14, 2023, 8:11 p.m.

Hamiləlik zamanı damar problemləri

Hamilelik zamanı damar problemləri qadınların 50%-də ilk hamiləliklərində ya genişlənmiş dəri kapilyarları, ya da varikoz damarlar inkişaf edir. Təkrar hamiləliklərdə bu faiz çoxalır. Əsasən də hamiləliyin 29-cu həftəsindən ayaqların venoz damarlarında qan axınının sürəti 2 dəfə azalır və bu həm venaların varikoz genişlənməsini və ümumiyyətlə tromblaşma ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Bundan başqa hormonal dəyişikliklər və qanın laxtalanma sistemində baş verən dəyişikliklər fonunda trombotik ağırlaşmaların riski də kəskin şəkildə artır.
Ümumiyyətlə hamilə qadında eyni yaşlı başqa qadınla müqayisədə tromblaşma ehtimalı 10 dəfə, hamiləlikdən sonrakı ilk 6 həftədə 25 dəfə daha yüksəkdir.

HAMİLE XANİMLARDAN KİMLƏR RİSK QRUPUNDADIR? Risk qrupunda olan xanımlar aşağıdakılardır:
♦ Yaşı 35dən yuxarı olan xanımlar
♦ İlk övladını dünyaya gətirən xanımlar
♦ 80 kq-dan çox çəkisi olan xanımlar
♦ Qohumlarında tromboz olanlar
♦ Varikoz genişlənmiş damarları olan xanımlar
♦ Qeysəriyyə əməliyyatı keçirən xanımlar

HAMİLELİK ZAMANİ VARİKOZ VƏ YA TROMBOZ ƏMƏLƏ GƏLƏRSƏ NƏ ETMƏK LAZIMDIR? Hamiləlik zamanı varikoz damar genişlənməsinin hər hansı bir əlaməti aşkarlanarsa, mütləq həkimə müraciət etməlisiniz. Həkim ayaqların vəziyyətini qiymətləndirərək ətraflı fiziki müayinədən sonra varikoz damarlarının genişlənməsini təsdiq edəcək (rəngli Doppler müayinəsinin köməyi ilə) və mümkün fəsadları istisna edəcək. 

HAMİLELİK ZAMANİ VARİKOZ RİSKİNİ NECƏ AZALTMAQ OLAR?
Hamiləlik zamanı varikozun qarşısını almaq üçün 8 ən yaxşı tədbir:
1.    Sol tərəfinizdə yatın. Bu vəziyyətdə, uterus (uşaqlıq) qanın axınına mane olmayacaq.
2.    Üzgüçülük ilə məşğul olun və kontrastlı duş qəbul edin.
3.    Gecələr kifayət qədər yatın və gün ərzində istirahət edin.
4.    Hər gün ən azı 2 saat gəzin.
5.    Lifli və bitki yağları olan qidalar qəbul edin. Bu, venaların divarlarını gücləndirəcək.
6.    Yüngül məşqlər edin.
7.    Gündəlik qidalanmanıza daha çox tərəvəz və meyvə əlavə edin.
8.    Kompression corabları geyin.