Blog Image
  • İyul 4, 2023, 7:48 p.m.

Femoro-popliteal şuntlama əməliyyatından sonra reabilitasiya

FEMORAL-POPLİTEAL ŞUNTLAMA ƏMƏLİYYATINDAN SONRA REABİLİTASİYA
Əməliyyatdan sonra ilk vaxtlar pasient xəstəxanada həkim nəzarəti altında olmalıdır (bir neçə gün).
Bir müddət (bir həftə və ya daha çox) ağrı hiss edilə bilər. Və 2-3 aya qədər ayağın şişməsi müşahidə oluna bilər.

FEMORAL-POPLİTEAL ŞUNTLAMA ƏMƏLİYYATI KEÇİRMİŞ ŞƏXSLƏRƏ TÖVSİYƏLƏR

  • Siqareti tərgitmək. Siqaret çəkmək sağalmağa mane olur. Bu da aterosklerozun inkişafına səbəb olur;
  • Yağlı qidalardan çəkinin;
  • Şişkinlik keçənə qədər avtomobil sürməyin;
  • Hər gün gəzin, getdiyiniz məsafəni tədricən artırın;
  • Oturaq vəziyyətdə ayaqlarınızı qaldırın, uzanıqlı vəziyyətdə - ayaqlarınızın altına bir yastıq qoyun.
  • Əməliyyat yerinin su ilə kontaktı (məsələn, duş qəbulu) yalnız həkim icazə verdikdə olar.

Fleboloq damar cerrahi hekime muraciet
Əməliyyatdan sonrakı dövrdə aşağıdakı hallarla qarşılaşsanız, dərhal həkimə müraciət etməyiniz tövsiyə olunur:

♦     infeksiya əlamətləri (məsələn, qızdırma və ya titrəmə);
♦     ayaqlarda artan ağrı;
♦     ayaqlarda uyuşma (və ya ayaq solğun və soyuq olarsa);
♦     başgicəllənmə və zəiflik;
♦     öskürək, nəfəs darlığı, sinədə ağrı;
♦     ürəkbulanma, qusma, qəbizlik;

Evə buraxıldıqdan sonra ilk müayinə əməliyyatdan 7-10 gün və bir ay sonra aparılmalıdır. Bud nahiyəsində olan yaraların vəziyyəti, ödem və hissiyyat pozğunluqlarının olması, xəstənin hərəkət diapazonunu, ağrısız yerimə məsafəsi qiymətləndirilir. Arteriyaların USM ilə anastomozların vəziyyəti və ayaqdakı damarlardan qan axınının sürəti qiymətləndirilir.
Əməliyyatdan sonra hər 6 aydan bir təkrar müayinələr tövsiyə olunur. Bir il sonra, aşağı ətraflarının kontrastlı arteriyalarının MSKT-nın aparılması arzu olunandır. Və ya damar cərrahınız dövri müayinənin nəticələrinə əsasən bu müayinəni təyin edə bilər.