Aorta anevrizmalarının ləğv edilməsi və protezləşdirilməsi

Müxtəlif səbəblərin (ateroskleroz, iltihab, irsiyyət, travma) və risk faktorlarının (yaş, siqaret çəkmə, piylənmə, arterial hipertoniya) təsiri altında aorta genişlənə, divarları nazikləşə bilər, nəticədə aorta anevrizması əmələ gəlir.
Əməliyyat ümumi anesteziya altında aparılır. Qarının ön divarının kəsilməsi vasitəsilə aortaya giriş həyata keçirilir və qarın aortasının bir hissəsi protezlə əvəz olunur. Əməliyyat zamanı qarın aortası anevrizmanın yuxarı və aşağı hissəsindən sıxılır. Anevrizma çıxarılır və zədələnmiş nahiyənin yerinə sintetik damar protezi tikilir.