Blog Image
  • İyun 15, 2023, 7:39 p.m.

Periferik arteriyalardan trombektomiya əməliyyatından sonra reabilitasiya

PERİFERİK ARTERİYALARDAN TROMBEKTOMİYA

Trombektomiya və ya tromboembolektomiya qan damarından böyük qan laxtasının (trombun) çıxarılması üçün olunan cərrahi əməliyyatdır.
ƏMƏLİYYAT TEXNİKASI
Xəstənin klinikanaya yerləşdirilməsindən sonra optimal anesteziya üsulunu seçmək üçün anestezioloq tərəfindən müayinə olunur. Əməliyyatın texnikasından asılı olaraq, lokal anesteziya və ya ümumi anesteziya istifadə olunur.
Əməliyyatın müddəti təxminən yarım saatdır. Cərrahi müdaxilə göstərişlərdən asılı olaraq iki üsulla həyata keçirilir.

AŞAĞI ƏTRAFLARIN ARTERİYALARINDAN ƏNƏNƏVİ TROMBEKTOMİYA
Bu cərrahi əməliyyat zədələnmiş damara açıq giriş yolu ilə həyata keçirilir. Müdaxilə zamanı həkim arteriyanın problemli sahəsində kəsik edir, əmələ gələn qan laxtasının yuxarı və aşağı hissəsindən sıxır və damarda kəsik edir. Buradan tromb çıxarılır, sonra arteriya tikilir və qan tədarükü tam bərpa olunur. Açıq tombembolektomiya metodu trombotik kütlələtin həcmi çox olduğu zaman istifadə olunur.

ENDOVASKULYAR ÜSULLA TROMBUN ÇIXARILMASI
Endovaskulyar müdaxilə daha az travmatik damar cərrahiyyəsidir. Təhlükəli qan laxtasının aşkar edildiyi yerə giriş, faktiki olaraq heç bir iz qoymayan və tikiş tələb etməyən kiçik bir dəlik vasitəsilə həyata keçirilir. Bu dəlikdən qan laxtasının tutulması və çıxarılması üçün xüsusi cərrahi alət olan kateter daxil edilir. Kateter damar yatağının içərisində arteriyanın zədələnmiş sahəsinə çatdırılır. Əməliyyatın gedişatına vizual nəzarət angioqrafiya vasitəsilə həyata keçirilir, onun monitorunda damar körfəzinin təsviri göstərilir. Görüntünün aydın və dəqiq olması üçün xəstənin qanına kontrast maddə yeridilir. Trombu tutduqdan sonra kateter eyni şəkildə xaric olunur, dəliyin yerinə elastik sarğı tətbiq olunur.
Əməliyyat nəticəsində normal qan axını bərpa olunur, aşağı ətraflar qanla təchiz olunur, həyat qabiliyyətini itirmək təhlükəsi  riski gedir. 

REABİLİTASIYA DÖVRÜ
Aşağı ətrafların arteriyalarından trombektomiyadan sonra xəstəxanada qalma müddəti aparılan müdaxilənin texnikası və həcmindən asılıdır və adətən 3-4 gündür. Əməliyyatdan sonrakı dövrdə xəstəyə fərdi göstəricilərə görə qanın durulaşdırılmasına, qan damarlarının bərpasına, iltihabın qarşısının alınmasına və ümumi sağlamlığın möhkəmləndirilməsinə yönəlmiş konservativ terapiya təyin edilir. Əməliyyatdan sonrakı ağırlaşmaların riskini minimuma endirmək üçün artıq stress olmadan aktiv həyat tərzi, elastik, bədəni sıxmayan paltarlar geyinmək, sağlam qidalanma və bir sıra fizioterapiya prosedurları tövsiyə olunur. Bir müddət hamamlardan, saunalardan və digər yüksək temperaturlu yerlərdən imtina etmək tövsiyə olunur.
Vaxtında yerinə yetirilən trombektomiya həyati əhəmiyyətli damarların trombozu nəticəsində həyat üçün təhlükəli vəziyyətlərin qarşısının alınmasına kömək edir