Blog Image
  • Avq. 6, 2023, 5:40 p.m.

Flebektomiya nədir? Flebektomiya üçün göstərişlər

FLEBEKTOMİYA NƏDİR?
Flebektomiya - varikoz genişlənmiş damarların müalicəsi üçün cərrahi üsuldur. Bu əməliyyat vasitəsilə damarların varikoz genişlənmiş hissələri çıxarılır. Adətən qan axınının ümumi həcminin 10% -dən çox olmayan hissəsini təmin edən dərialtı venalar və onların şaxələri çıxarılır. Normalda qanın əsas hissəsini daşıyan dərin venalar (90%), dərialtı venaların genişlənməsi zamanı 95-100% yüklənirlər və onların qasığa qədər qaldırdığı qanı genişlənmiş  böyük dərialtı vena qasıqdan baldıra, kiçik dərialtı vena isə dizaltıdan topuğa geri qaytardığına görə əlavə yüklənirlər. Flebektomiya əməliyyat nəticəsində varikoz genişlənmiş böyük və/və ya kiçik dərialtı vena çıxarıldığına görə dərin venoz sistemin yüklənməsi aradan qalxır və qan axını normallaşır, estetik görüntü bərpa olunur.

FLEBEKTOMİYA ÜÇÜN GÖSTƏRİŞLƏR 
Flebektomiya üçün göstərişlər bunlardır: 

  • Genişlənmiş varikoz venalar (üzdə görsənən);
  • Dərialtı venaların (böyük və kiçik) genişlənməsi və klapan çatışmazlığı;
  • Ayaqlarda yorğunluq və şişmənin əmələ gəlməsi;
  • Varikoz damarların ağırlaşmaları (trofik xoralar, tromboflebit).

Flebektomiya varikoz damarlarının müalicəsinin radikal üsuludur və xəstəlik artıq irəlilədikdə, müalicənin digər üsulları təsirsiz olduqda istifadə olunur. Buna görə də, flebektomiya üçün göstərişlər varsa, təxirə salınmamalıdır.

FLEBEKTOMİYA ÜÇÜN ƏKS GÖSTƏRİŞLƏR

Flebektomiyanın əks göstərişləri aşağıdakılardır:

  • varikoz damarların irəliləmiş mərhələsi (dərin damar trombozu ilə);
  • ayaqlarda (müdaxilə sahəsində) iltihablı və infeksion xəstəliklər.