Skleroterapiya və Exo-Skleroterapiya

Skleroterapiya damar mənfəzinin içərisinə sklerozlaşdırıcı preparatın yeridilməsi ilə varikozun müalicəsi deməkdir. Prosedur ultranazik iynələrlə icra edilir. Skleroterapiya ilə diametri genişlənmiş müxtəlif ölçülü venoz damarların sərbəst aradan qaldırılması təmin edilir. Xüsusilə, bu üsul “damar ulduzcuqları” və retikulyar venaların müalicəsində əhəmiyyətli təsir göstərir. Sağlam damarlara heç bir əks təsiri olmayan Skleroterapiya - hazırlıq tələb etmir.

Daha dərin yerləşmiş (dərialtı piy qatında), iri varikozgenişlənmiş və ya perforant (səthi və dərin venaları birləşdirən) venaların müalicəsi üçün Exo-skleroterapiya istifadə olunur.