Miniflebektomiya

Miniflebektomiya - kiçik bir kəsik vasitəsilə lokal anesteziya altında damarın çıxarıldığı minimal invaziv cərrahi əməliyyatdır. Bu əməliyyat demək olar ki, bir çox varikoz genişlənmiş venaların cərrahi müalicəsi üçün istifadə olunur. Əməliyyat həm müstəqil olaraq, həm də flebektomiya ilə və ya  endovenoz lazer/radiofrekans ablasiya ilə və ya skleroterapiya ilə birlikdə həyata keçirilə bilər.