Hemodializ üçün arteriovenoz fistulanın qoyulması
Ağır böyrək çatışmazlığı olan xəstələrdə sistemli hemodializ prosedurun aparılmas üçün arteriovenoz fistula istifadə olunur.
Bu prosedurla qan xüsusi bir aparat vasitəsilə idarə olunur, orada süzülür və toksinlərdən təmizlənir. Bu hallarda ən effektiv üsul hemodializ üçün arteriovenoz fistulanın formalaşmasıdır. Arterial qanın bir başa arteriyadan venaya fistula ilə keçdiyinə görə qan axının həcmi artır və venoz damarlar genişlənir, lazımi həcmdə qanın aparata ötürülməsi asanlaşır.