Flebektomiya

Flebektomiya - varikoz damarların müalicəsi üçün cərrahi üsuldur. Bu əməliyyat vasitəsilə damarların varikoz genişlənmiş hissələri çıxarılır. Adətən qan axınının ümumi həcminin 10% -dən çox olmayan hissəsini təmin edən dərialtı venalar və onların şaxələri çıxarılır. Normalda qanın əsas hissəsini daşıyan dərin venalar (90%), dərialtı venaların genişlənməsi zamanı 95-100% yüklənirlər və onların qasığa qədər qaldırdığı qanı genişlənmiş  böyük dərialtı vena qasıqdan baldıra, kiçik dərialtı vena isə dizaltıdan topuğa geri qaytardığına görə əlavə yüklənirlər. Əməliyyat nəticəsində varikoz genişlənməiş böyük və/və ya kiçik dərialtı vena çıxarıldığına görə dərin venoz sistemin yüklənməsi aradan qalxır və qan axını normallaşır, estetik görüntü bərpa olunur.