Endovenoz lazer və ya Radiofrekans ablasiya
Damarların lazer və ya radiofrekans ablasiyasının aparılması üçün böyük və kiçik dərialtı venaların genişlənməsi və klapan çatışmazlığı, gedişatının nisbətən düz (ən azından ciddi qıvrılmalar olmamalıdır) olması və mənfəzinin müəyyən hissəsinin trombsuz olması şərtdir.
Damarların endovenoz lazer ablasiyası (EVLA) cərrahi alətlərdən istifadə olunmadan həyata keçirilən və lazer enerjisi ilə damarların daxili divarına yüksək temperaturla təsirindən ibarət olan az travmatik prosedurdur.
Oxşar təsirə damarların radiofrekans ablasiyası (RFA) da malikdir. Yalnız lazer kateter əvəzinə, RFA zamanı damara radiofrekans kateter daxil edilir və radiotezliyin hesabına temperatur yüksəlir.
Hansı üsul sizin üçün daha uyğundursa həkim müayinə əsasında qərar verir.